2 maşın toqquşub, 7 YARALI VAR - BAKIDA

Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb
 
Bakının Sabunçu rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəxanı qəsəbəsində “VAZ-2106” markalı avtomobillə “Hyundai” toqquşub və zərbənin gücündən "Jiquli" iki hissəyə ayrılıb.
Nəticədə “VAZ"da olan bir ailənin 4 üzvü - 46 yaşlı Novruzova Ülkər Əlibəy qızı, 1976-ci il təvəllüdlü Novruzov Zaur Nazim oğlu (sürücü), 10 yaşlı Novruzov Rəvan Zaur oğlu, 13 yaşlı Novruzov Nazim Zaur oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, “Hyundai” markalı avtomobildə olan başqa bir ailənin üzvləri - 1980-ci il təvəllüdlü Əliyev Alxan Alı oğlu (sürücü), 2007-ci il təvəllüdlü Əliyev Nihat Alxan oğlu, 13 yaşlı Əliyev Murad Alxan oğlu çoxsaylı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.