2 maşın toqquşdu, 15 yaşlı yeniyetmə ağır xəsarət aldı

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
 
Bakının Binəqədi rayonu ərazisində 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Toyota RAV4" markalı avtomobil "Mercedes"lə toqquşub.
Ziya Əliyevin idarə etdiyi "90-EZ-404" dövlət qeydiyyat nişanlı "Mercedes"lə işıqforun yaşıl işığında sola dönmə əməliyyatı edərkın "Toyota RAV4" yol hərəkəti qaydasını pozaraq ona çırpılıb. Nəticədə "Mercedes"də sərnişin qismində olan və hazırda şəxsiyyəti bilinməyən 15 yaşlı yeniyetmə xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.