​2 gün əvvəl dünyanın ən varlı adamları idilər, indi isə... - HƏBS EDİLƏN ƏRƏB ŞAHZADƏLƏRİN GÖRÜNTÜLƏRİ

Səudiyyə Ərəbistanında həbs edilən şahzadə və nazirlərin saxlandığı yer məlum olub.
Muxalifet.az xəbər verir ki, dünyanın ən varlı adamları hesab edilən ərəb şahzadələri yerdə salınan yataqlarda yatır.
Barəsində həbs qərarı verilən 11 şahzadə və 4 nazir, çox sayda iş adamının saxlandığı hotelin ilk görüntüləri yayılıb.
Onlar Əl-Riyaddakı "Ritz Carlton" hotelində saxlanılır. Hoteldən fotoları "Əl-Cəzirə" telekanalının müxbiri Saad Abedine paylaşıb. Fotolardan görünür ki, həbsdə olan şahzadələr çox sayda mühafizəçi tərəfindən qorunur.