2-ci Tramp-Kim görüşünün tarixi və yeri məlum oldu

Baxış sayı:
6172

ABŞ prezidenti Tramp prezident olduğundan bəri ikinci "Birliyin vəziyyəti" ilə bağlı çıxışını Nümayəndələr Palatasının Baş Assambleya salonunda həyata keçirib.
 
 29 yanvarda keçirilməsi planlaşdırılan, ancaq federal hökumətin qapalı olması səbəbilə 5 fevrala qədər təxirə salınan çıxışın edildiyi iclasa ABŞ-ın vitse-prezidenti Mayk Pens və Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosi sədrlik edib.
Tramp çıxışında, Şimali Koreya lideri Kim ilə keçirəcəyi 2-ci sammitin Vyetnamda 27-28 fevralda baş verəcəyini elan edib.
 
İLK DƏFƏ SİNQAPURDA BİR ARAYA GƏLDİLƏR
 
 Qeyd edək ki, ABŞ prezidenti Tramp ilə Şimali Koreya lideri Kim 12 iyun 2018-də Sinqapurda keçirilən tarixi sammitdə ilk dəfə bir araya gəlmişdi. Sammitdə iki lider əhatəli bir müqaviləyə imza atmışdı.
Bu görüşdən sonra Kim rəhbərliyi nüvə silah proqramını təxirə salmış və raket sınaqlarına son vermişdi.
Müxalifət.az