2 avtomobil toqquşdu – 1 nəfər öldü, 1 yaralı – XIZIDA

Xızı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
DİN-in saytının verdiyi məlumata görə, iyulun 16-da saat 12 radələrində Xızı rayonunun Baxışlı kəndi ərazisində Bakı şəhər sakinləri Faiq Cəfərovun idarə etdiyi "Hyundai" və Vasif Qarayevin idarə etdiyi "Range Rover" markalı avtomobillər toqquşub. Nəticədə F.Cəfərovun sərnişinləri - anası Elmira və qardaşı Niyaz xəstəxanaya yerləşdirilib, Niyaz orada ölüb.
Faktla bağlı araşdırma aparılır./apa