2 Avropa ölkəsi arasında böhran

Baxış sayı:
4975

İtaliyanın baş nazirinin müavini Luigi Di Laio “Sarı jiletlilər” hərəkatının liderləri ilə görüşdüyü üçün Fransa İtaliyadakı səfirini geri çağırdığını açıqladı.
 
İtaliyada hakimiyyətin böyük ortağı olan populist “Beş ulduzlu” hərəkatının lideri Di Maio Paris yaxınlığında Fransada hökumət əleyhinə aksiyalar təşkil edən hərəkatın iki lideriylə görüşüb. Di Maio İtaliyadakı twitter mesajında, "dəyişiklik küləyi Alpləri aşdı" deyib. O, həmçinin “Sarı jiletlilər”-in liderlərindən olan Christophe Chalencon və may ayında keçiriləcək Avropa Parlamenti seçkilərində “Sarı jiletlilər” siyahısının rəhbəri İnqrid Levavasurun bir fotoşəkilini paylaşıb.
Bu açıqlamadan sonra Fransa Xarici İşlər Nazirliyinin etdiyi açıqlamada, "Bu yeni təhrik AB-nin qəlbində iki qonşu müttəfiq ölkə arasında qəbul edilə bilməz" deyib.
Qeyd edək ki, 2018-ci ilin iyun ayında Fransa və İtaliya arasında münasibətlər populist və ifrat sağçı bir hökümətin iş başına gəlməsindən bu yana gərgindir. Fransa keçən ay Di Maio-nun "Paris onlarla Afrika ölkəsini istismar etməyə son verməmişdir" açıqlamasından sonra İtalyan səfir  Xarici İşlər Nazirliyinə çağrılmışdı.
İtaliya bundan başqa köç etirazları və mədəniyyət kimi məsələlərdə Fransa ilə gərginlik yaşamışdı.
Müxalifət.az