​198 nəfər işgəncə ilə öldürüldü – Ürpədici hesabat

Baxış sayı:
5602

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) keçən ay Suriyada 198 nəfərin işgəncə verilərək öldürüldüyünü açıqlayıb.
Muxalifet.az xəbər verir ki, şəbəkə həyatlarını itirən insanların əksəriyyətinin Bəşər Əsəd ordusu tərəfindən öldürüldüyünü bildirib.
Hesabata əsasən, Əsəd ordusu işgəncə ilə 194 nəfərin həyatına son qoyub.
1 nəfər YPG-PKK, 1 nəfər isə İŞİD terror təşkilatları tərəfindən qətlə yetirilib.
Hesabatda kimliyi məlum olmayan 2 nəfərin qeyri-müəyyən şəraitdə işgəncəyə məruz qalaraq həyatlarını itirdiyi bildirilib.
SNHR-ın iyul hesabatına görə isə həmin ay 836 nəfər Bəşər Əsəd ordusu tərəfindən işgəncəyə məruz qoyularaq öldürülüb.
Suriyalı müxaliflərin mənbələrinə görə, hazırda Əsəd ordusuna bağlı həbsxanalarda 5 min nəfər məhkum var.