19 yaşlı gənc bıçaqlandı - BƏRDƏDƏ
23-10-2017 09:14

Bərdə rayonunun Zümürxan kəndində bıçaqlanma hadisəsi baş verib.
Publika.az xəbər verir ki, 1998-ci il təvvəlüdlü kənd sakini Quliyev Ayxan Nofel oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.
Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Quliyev baş nahiyəsi və sağ əlindən bıçaq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır. (report)