19 nəfərin yaralandığı Hacıqabul dəhşəti: bir nəfərin qolu amputasiya edilib - YENİLƏNİB

Baxış sayı:
3092
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun virtualaz.org-a bildirdiyinə görə, qəza nəticəsində 19 nəfər yaralanıb.

"10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Kürdəmir xəstəxanasından verilən məlumata görə, qəzadan sonra 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan Mərkəzi Rayon Xəstəxanasına 4 kişi, 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir", - deyə məlumatda qeyd olunub.

----------
09:23

Kürdəmir-Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib.

Belə ki, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan Rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Kürdəmir MRX-dan Trend-ə bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib. Azyaşlının Bakıya travmatologiya institutuna (qolun amputasiyası), 2 kişinin isə KTM-ə keçirilməsi qərara alınıb. Şirvan MRX-a 4 kişi 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə beyin travması ehtimal olunur. Yaralıların hamısına lazımı yardım göstərilir.