19 manata görə 19 il həbsdə qalacaq – FİLM KİMİ CİNAYƏT

Baxış sayı:
3394

19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmünə görə, Pərviz Məmmədov 19 il, Rahin Hüseynovla Şamil Bayramovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, bu il mayın 8-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində "Mercedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsarətləri nəticəsində naməlum şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiti tapılan şəxsin "Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.
DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub.
Məlum olub ki, Aydın Şıxəliyev öldürüləndən sonra onun cibindən 19 manat götürülüb./BakuPost