"180 günahsız insanın ölümünə səbəb olan İranın nüvə silahına sahib olması..." - İranlı ekspertdən xəbərdarlıq

Baxış sayı:
2488

Güney Azərbaycanlı politoloq Arif Kəskin İranın Ukraynaya məxsus təyyarəni raketlə təsadüf nəticəsində vurması ilə bağlı açıqlama verib.
Muxalifet.az 
bu barədə "Eurasia Diary"-yə istinadla bildirir.

"Əlindəki raketlə ya qəsdən/məsuliyyətsizlikdən ya da səriştəsizlikdən dolayı/səhfən 180 günahsız insanın ölümünə səbəb olan bir ordunun nüvə silahına sahib olmasını istərdinizmi? Bu cinayət eyni zamanda İranın silahlanma və nüvə silahına sahib olma ambisiyasının necə ağır nəticələrə səbəb ola biləcəyinə sübutdur", A.Kəskin deyib.
Qeyd edək ki, bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib. Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsinin "insan səhvi" nəticəsində təsadüfən vurulduğu bildirilib. Buna səbəb kimi isə təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu göstərilib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. 

 

Elindeki füzeyle ya bilinçli/sorumsuzca yada beceriksizlikle/yanlışlıkla 180 masum insanı ölümüne sebep olan bir ordunun elinde nükleer silah olmasını istermisiniz? Bu cinayet İran’ın silahlanma ve nükleerleşme ihtirasının nasıl vahim sonuç doğurabileceğinin bir sübutudur ayrıca.