​18 yaşlı oğlan bıçaqlandı - GORANBOYDA

Goranboy sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü İsazadə Elvin Ömər oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 18 yaşlı oğlanın kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.