18 yaşlı gənci avtomobil vuraraq ÖLDÜRÜB

Hadisəni törədən sürücü saxlanılıb
 
Bakının Sabunçu rayonunda 18 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.
Maştağa qəsəbəsində yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Əzizov Hacıağa Feyzulla oğlunu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində keçinib.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücü saxlanılıb.