18 yaşlı gənc bıçaqlanıb - BAKIDA

Hadisə Azadlıq prospektində baş verib
 
Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
1999-cu il təvəllüdlü Rəhimov Əli Şahin oğlu Azadlıq prospektində tanışı ilə mübahisə edən zaman bıçaqlanıb.
Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.