​17 yaşlı yeniyetmə bıçaqlandı - XIRDALANDA

Xırdalanda bıçaqlanma hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, insident “Səmayə” şadlıq sarayı qarşısında baş verib. 1999 təvəllüdlü Köçərli Elnur Emin oğlu bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alaraq, 1 saylı xəstəxanaya yerləşdirilib.
Abşeron polisi faktla bağlı araşdırma aparır.