17 yaşlı qız sirkə İÇİB - DAŞKƏSƏNDƏ

Daşkəsən rayonunda zəhərlənmə hadisəsi baş verib.
 
Rayon sakini, 2000-ci təvəllüdlü Allahverdiyeva Aişə Fazil qızı yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.
Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə o, səhvən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.