17 yaşlı gənc boğazındakı iplə şəkil paylaşıb intihar etdi - FOTOLAR

Baxış sayı:
9649

Boğazındakı iplə şəkil paylaşıb intihar etdi. Antalyada 17 yaşlı gənc yaşadığı evin pilləkənlərindən özünü asaraq intihar edib. Gəncin atası Aydın. T səhər oğlunu oyandırmaq üçün otağına gedib. Lakin otağın qapısını bağlı olduğunu görüb və oğlunun ona cavab verməməsindən şübhələnib. Kilidi qıran ata oğlunu boğazından asılı vəziyyətdə tapıb. Dərhal ipi kəsib həkim çağırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Gəncin intihar etməmişdən öncə ipi boğazına keçirərək şəklini çəkib sosial media hesabından paylaşdığı məlum olub. Atası onun imtahanlara hazırlaşdığını və bu səbəbdən gərgin olduğunu bildirib. Ata həmçinin oğlunu psixoloqa apardığını və yardım aldığını da qeyd edib. 17 yaşlı gənc həmçinin məktub yazaraq: "Ölümümdə heç kim günahkar deyil" - yazıb.