​17 il sonra azadlığa buraxıldı: 3 milyon təzminat alacaq

Baxış sayı:
1243

İtaliyada günahsız yerə 17 il həbsdə yatan Somali əsilli Haşi Omar Hassan Roma məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Muxalifet.az xəbər verir ki, günahsız olduğu təqdirdə 17 il azadlıqdan məhrum edildiyi üçün Hassana 3 milyon avro məbləğində təzminat ödəniləcək.
Qeyd edək ki, o, 1994-cü ildə xəbər hazırlamaq üçün Somaliyə gedən RAI televiziyasının müxbiri İlaria Alpi və operator Milan Hrovatinanı öldürməkdə təqsirli bilinmiş və 2001-ci ildə Romada saxlanılaraq həbs edilmişdi.