17-ci mərtəbədən düşən 3 yaşlı uşaq sağ qaldı - FOTO

Baxış sayı:
7598

Moskvaətrafında yaşayış evlərinin birində 3 yaşlı uşaq 17-ci mərtəbədən yıxılıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hündürlükdən düşən körpə sağ qalıb. O, ağır travmalarla xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Məlumata görə, pəncərədən düşən qız evdə tək olub. Polis faktla bağlı cinayət işi açıb.