16 yaşlı Reyhandan daha bir uğur - DÜNYA ÜZRƏ 15 NƏFƏRİN ARASINDA YER ALDI

Baxış sayı:
1978

Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova "Global Good Fund" Təqaüd Proqramında dünya üzrə 2600 müraciətin arasından seçilmiş 15 nəfərdən biri olub. Axar.az xəbər verir ki, bu barədə R.Camalova məlumat yayıb. “Bu təşkilat sosial sahibkarlara liderlik bacarıqlarını və bizneslərini inkişaf etdirmək üçün sərmayə qoyur. Mən dünyanın ən aktual məsələlərini həll edən istedadlı gənclərin qrupuna qoşulduğum üçün çox sevinirəm!” - deyə o bildirib. Qeyd edək ki, Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi və qızı İvanka Tramp sammitdə çıxışı zamanı R.Camalovanı xüsusi vurğulamışdı.