157 NƏFƏRİN TALEYİ NAMƏLUMDUR - “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğradı

Baxış sayı:
2218

Bu gün səhər Efiopiyadan Keniyanın Nayrobi şəhərinə uçan “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 157 nəfər olub.

Virtualaz.org xəbər verir ki, Efiopiyanın baş naziri Abi Əhməd Əlinin “Twitter” mikrobloqunda yazdığına əsasən, qəzaya uğramış təyyarə “Ethiopian Airlines” aviaşirkətinə məxsus olub.

Baş nazir qəza nəticəsində həıak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, hələlik qəzada ölənlər barəsə rəsmi məlumat yoxdur.