150 vətəndaşımız Dağıstan sərhədindən Azərbaycana yola düşdü

Baxış sayı:
2687

Rusiya sərhədində Azərbaycana qayıtmaq üçün toplaşan vətəndaşlarımızın bir qismi bu gün vətənə yola düşüb.

"RİA Novosti"yə istinadən xəbər verir ki, Dağıstan-Azərbaycan sərhədi yaxınlığında müvəqqəti yerləşdirmə məntəqələrində yaşayan 150-dən çox vətəndaşımız avtobuslar vasitəsilə Azərbaycana yola düşüb.

Növbəti göndərişin gələn həftə təşkil olunacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsinin təmin olunacağını bildirmişdi./Qafqazinfo