15 yaşlı terrorçu danışdı: PKK-da cinsəl təcavüz...

Baxış sayı:
466

Terror təşkilatı PKK-dan qaçan 3 terrorçu təşkilatın aldadaraq dağa çıxardığı uşaqların zorakılığa məruz qaldığını söyləyib.
 
Türkiyənin təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlarla ölkə içi və sərhəd xaricində ağır itkilər verən terror təşkilatı PKK-dan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların etirafları separatçı təşkilatın iyrənc üzünü bir daha nümayiş etdirib.
 
CİNSİ İSTİSMAR
 
Təhlükəsizlik qüvvələrinə 12 sentyabrda təslim olan G. C. adlı terrorçu, təşkilata Avropadan qoşulan Fərat kod adlı B.A. adlı terrorçunun uşaq yaşdakı bir qıza təcavüz etdiyini gördüyünü və qızın qaçmaması üçün edamla qorxudulduğunu deyib. Təşkilat içində uşaqların hər cür cinsi istismara məruz qaldığını deyən terrorçu, uşaqların zəifliyindən istifadə edildiyini, narkotikə alışdırıldığını, təcavüzlərdən sonra edamla qorxudaraq qaçmalarına əngəl olmağa çalışıldığını qeyd edib. Buna baxmayaraq, imkan tapanların ölümü gözə alaraq qaçdıqlarını, tutulanların isə edam edildiyini ifadə edib.
 
SAXTA MƏHKƏMƏ İLƏ EDAM
 
Təşkilatdan ayrılaraq 1 sentyabrda təhlükəsizlik qüvvələrinə təslim olan 15 yaşlı H.R. adlı terrorçu isə, özü kimi uşaq yaşda terror təşkilatının hiyləgər tələsinə düşən yoldaşı D.P.-nin doqquz dəfə qaçmağa cəhd göstərdiyini, son dəfə yaxalanıb, düşərgəyə gətirildiyini və hər kəsin gözü qarşısında edam edildiyini söyləyib. Terrorçubaşları tərəfindən qul kimi istifadə edildiyini ifadə edən H.R, ağır işlərdə işlətmək və terrorçubaşlarının uşaqlara qarşı iyrənc cinsəl təcavüzlərin və bunun nəticəsində baş verən intihar cəhdlərinin artdığını ifadə edib. Həqiqətin ortaya çıxmaması üçün ailələri ilə görüşdürmədiklərini, susdurmağa çalışdıqlarını, əks hərəkət edənlərin öldürülüb, ailələrinə də “münaqişədə öldü” deyildiyini söyləyib.
 
 FÜRSƏT TAPAN QAÇIR
 
 26 sentyabrda təhlükəsizlik qüvvələrinə təslim olan S.F. adlı terrorçu, təlim aldıqları Qara bölgəsində təşkilat daxilində yasaq cinsəl əlaqə yaşadığı iftirasına məruz qalan R.K. adlı bir qadın terrorçunun, terror təşkilatının təzyiqinə daha çox dözməyib, sinəsinə atəş edərək həyatına son verdiyini qeyd edib. Təşkilat içində qaçışlar kimi intiharların da artığını deyən terrorçu, edilən zülmlər səbəbindən yaşanılan çətinliklərin dözülməz olduğunu söyləyib.
Müxalifət.az