15 yaşlı qızı maşın vurdu - ​GƏNCƏDƏ

Gəncədə avtomobil piyadanı vurub.
Hadisə günorta saatlarında M. Abbaszadə küçəsində qeydə alınıb. Şəhər sakini, 2002-ci il təvəllüdlü Aydan Rzayeva yolu keçərkən “Mercedes” markalı avtomobillə vurulub.
Xəsarət alan piyada Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.