15 yaşlı qız özünü öldürməyə cəhd etdi, cərimələndi - VİDEO

Baxış sayı:
529

Paytaxt Tbilisidə 15 yaşlı gənc qız özünü Kür çayına atıb.

Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə məlumatı və video görüntüləri Laşa Babuxadia adlı gənc özünün facebook səhifəsində paylaşıb.

Sözügedən şəxs qeyd edib ki, gənc qız xilasedicilər tərəfindən sudan çıxarılıb və polis tərəfindən ona özünü öldürməyə qəsd etdiyi üçün 500 lari cərimə yazılıb.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı rəsmi hər hansı məlumat yoxdur./Publika.az