​15 yaşlı oğlan özünü asdı - AĞDAMDA

Ağdamda 15 yaşlı oğlan intihar edib.
Muxalifət.az
xəbər verir ki, hadisə noyabrın 20-də səhər saat 11:30 radələrində rayonun Çəmənli kəndində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Mərhumun qohumları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır./Trend/