15 minlik ordu hazır vəziyyətə gətirildi - Türkiyə HÜCUM EDƏRSƏ...

Baxış sayı:
3163

Azad Suriya Ordusunun da tərkibinə daxil olduğu Suriya Milli Ordusu Türkiyənin Fərat çayının şərqində terrorçulara qarşı əməliyyat keçirəcəyi təqdirdə dəstək verməyə hazır olduqlarını açıqlayıb.
 
“Habertürk” xəbər verir ki, açıqlamada 15 min əsgərin hazır olduğu bildirilib.
 
Ordunun sözçüsü Yusif Hamud deyib ki, əməliyyatın dəqiq vaxtı bilinməsə də, əsas cəbhələr Mümbiç, Təl Abyad və Rəsulayn olacaq.
 
Xatırladaq ki, Türkiyə və Azad Suriya ordusu 2016-cı ildə İŞİD-ə qarşı “Fərat Qalxanı”, 2018-ci ildə isə PKK-YPG-yə qarşı isə “Zeytun Budağı” əməliyyatlarını birlikdə həyata keçirmişdi./qafqazinfo