​15 iyulda İncirlik bazasında iş vaxtı həmişəkindən erkən bitib - DAHA BİR MÜƏMMA

Baxış sayı:
909

Muxalifət.az xəbər verir ki, Adanada FƏTÖ/PDY istintaqı çərçisvədində 2-si həbsdə olan 3 hərbçi üçün 15 ilə qədər həbs cəzası tələb edən cinayət işi açılıb. Leytenant Mehmet T. ifadəsində söyləyib: “15 iyul çevriliş cəhdinin olduğu gün, İncirlik bazasının briqada komandiri Bekir Ercan Van bundan əvvəlki günlərdən fərqli olaraq, ilk dəfə saat 14.00-da iş vaxtını bitirmək qərarı verdi. Bu məlumat baza çalışan heyətə meqafonla bildirildi. Həmin gün o qərarı çevrilişlə əlaqələndirə bilmədim. Lakin, bu, qeyri-adi hadisə idi. İşdən sonra bazada kimlərin qaldığından xəbərsizəm”.