1400 AZN PENSİYA ALIRLAR, NARAZIDIRLAR - Hadı Rəcəbli: “Sabiq deputatların pensiyası artırılacaq”

Baxış sayı:
418

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

Muxalifet.az-ın report-a istinadən xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.

“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, - o vurğulayıb.

Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.