​14 yaşlı azərbaycanlı qız intihar etdi - GÜRCÜSTANDA

Baxış sayı:
2955

Gürcüstanda özünü asan 14 yaşlı azərbaycanlı qızın intihar səbəbləri məlum olub.
Muxalifət.az xəbər verir ki, intihar edən Nərmin Şəfiyeva valideynləri boşandığına görə qardaşı ilə birgə 10 ildən artıq nənəsinin himayəsində yaşayıb.
Yeniyetmənin nənə və bibiləri tərəfindən məişət zorakılığı və işgəncələrə məruz qaldığı, son iki ildə onun məktəbə getməsinin qadağan edildiyi bildirilir.
Məlumata görə, qızın xarici ölkədə işləyən atası bu yaxınlarda övladlarına baş çəkməyə gəlib. Yeniyetmə atasından onu özü ilə aparmasını xahiş etsə də, o, buna razı olmayıb.