​14 sərxoş sürücü aşkarlandı

Baxış sayı:
5218

Bakıda kobud qayda pozuntuları törədən, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı reyd keçirilib.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həftəsonu paytaxtın müxəlif küçə və prospektlərində maarifləndirici və profilaktik tədbirlər keçiriblər.
Reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib. 
Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, sement, mərmər və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsini təmin edirlər. Reyd zamanı bu üsulla, yəni avtomobilin yük yerinə beton qırıntıları yığaraq görünüşü dəyişən sürücülər də aşkar edildi.
Reyd zamanı sərxoş halda nəqliyyat vasitəsini idarə edən 14, avtoxuliqanlıq edən 3, polisə tabe olmayan 2 sürücü aşkarlanıb. 
Digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Ümümilikdə, reyd zamanı 50-dən artıq sürücü saxlanılaraq inzibati qaydada cərimə edilib, bir neçəsinin barəsində toplanmış materiallar isə məhkəmələrə təqdim edilib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi