​1/4 finalçılar müəyyənləşdi

Baxış sayı:
2935

Fransa kubokunda 1/4 finalın son oyunu keçirilib.
Publika.az xəbər verir ki, "Lion" səfərdə "Kan"la qarşılaşıb. Matç "Kan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın yeganə qolunu 77-ci dəqiqədə Diomande vurub. Onun qolu “Kan”ı növbəti mərhələyə yüksəldib.
Qeyd edək ki, növbəti mərhələdə "Le Arbe", PSJ, "Şambli" komandaları yarışacaq.