14-cü uşağını qucağına aldı – MƏŞHUR AİLƏ DİQQƏT MƏRKƏZİNDƏ!

Baxış sayı:
3763

ABŞ-ın Miçiqan ştatında 13 oğlanın olduğu məşhur ailədə daha bir oğlan dünyaya gəlib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Məlumatda bildirilir ki, körpə Cey və Kateri Şvandt cütlüyünün planlaşdırdığından 5 gün tez dünyaya göz açıb. Ona hələ ad verilməyib.
Şvandt cütlüyü ənənələrinə uyğun olaraq, körpənin cinsiyyətini öncədən öyrənməyiblər. Ata daha əvvəl bildirib ki, o, 14-cü uşağın qız olmasını istərdi.
Kateri etiraf edib ki, o, çoxuşaqlı ailəyə öyrənib. Belə ki, onun özünün 13 bacı-qardaşı var.
Şvandt ailəsinin 13-cü uşağı 2015-ci ildə dünyaya gəlib.