1396 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK AÇIQLADI

Baxış sayı:
2756

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

Muxalifet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, indiyə qədər 1396 nəfərin namizədliyi qeydə alınıb.