“136 hərbçi Azərbaycan Ordusuna dəstək üçün göndərilib...” - TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ

Baxış sayı:
1093

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə qruplarından 136 nəfər Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib", - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, diqqətə çatdırılır ki, Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər.