​13 gənc “şeytanpərəstliyə” görə HƏBS EDİLDİ

İran paytaxtı Tehranda restoranda keçirilən banketə qatılan daha 13 qız və oğlan həbs edilib.
Kult.az xəbər verir ki, Tehran hüquq-mühafizə qüvvələri rəsmiləri mediaya açıqlamasında gəncləri şeytanpərəstliyə meyillilikdə günahlandırıb:
 “Onlar özləri ilə şeytanpərəstlik nişanələrini daşıyırlar və hazırda polis bölməsində dindirilirlər”.
Qeyd edək ki, İran rəsmiləri bir çox hallarda vaxtlarını birlikdə keçirən metal musiqi qruplarının tərəfdarlarını “şeytanpərəstlər” adlandırır.