120 manat ödəməklə il ərzində tam tibbi yardım ala bilərsiz

Baxış sayı:
27121

120 manat ödəməklə il ərzində tam tibbi yardım ala bilərsiz
Real TV icbari tibbi sığortayla bağlı material hazırlayıb. "Qafqazinfo" həmin süjeti təqdim edir:
İcbari tibbi sığorta məsələsi Azərbaycanda uzun illərdir aktualdır. Hələ 1999-cu ildə qanun qəbul edilsə də, o qanun ölkədə tətbiqini tapmayıb. Təbii ki, müxtəlif səbbələr üzündən. Amma 2020-ci ill deyilənlərə görə fərqli olacaq və biz icbari tibbi sığortanın faydasını görəcəyik.
Lahiyədə xidmətlər zərfinin baza hissəsi sığorta məbləği adambaşına təqvim ilində 29 manat müəyyən edilib. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək. 
Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üçün əmək haqının 4%i sığorta məbləğinə nəzərdə tutulur ki, bu da işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcək. Digər kateqoriyadan olan şəxslər təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam tibbi yardım hüququ əldə edəcəklər.
Bu dəyişikliklərə əsasən icbari tibbi sığorta fondu yaradılacaq və tibb müəssisələrində keyfiyyət standartı tətbiq olunacaq. Əsas məqsəd tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırmaqdır. 2020ci il üçün 20 keyfiyyət standartı, sonrakı illərdə isə bunların sayınin artırılaraq sayının 200ə çatdırılması nəzərdə tutulur. 
Xatırladaq ki, mövcud qanun bir çox aspektlərdə dövrün tələblərinə cavab vermədiyi üçün dövlət başçısının təşəbbüsü ilə tibbi sığorta ilə bağlı qanuna əlavə və dəyişikliklər edilməsi barədə lahiyə irəli sürülüb.