12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən DİREKTOR İŞDƏN ÇIXARILDI

Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən kənarlaşdırılıb.
Muxalifət.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib. O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.
Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.
Xaçmaz rayon Prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.
Qeyd edək ki, həmin şəxsin 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur.