12 terrorçunun QƏTLİAM PLANI - TÜRKİYƏDƏ

Adana polisi avqustun 15-də polis forması geyərək terror aktlarına hazırlaşan 12 terrorçunu axtarır.
 
Türkiyə mediası xəbər verir ki, polis terrorçuların qanlı hücuma hazırlaşdığı villada əməliyyat keçirib.
Əməliyyatın gedişatında 12 “Kalaşnikov” avtomat silahı, 1000 ədəd patron, 24 əl qumbarası, 12 polis forması, partlayıcı qurğuların hazırlanması üçün 1,5 ton ammonium-nitrat və 300 kiloqram mismar ələ keçirilib.
Polis villada tapmadığı terrorçuları tutmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Adana Polis Təşkilatı 12 terrorçu barədə Türkiyənin 81 vilayətinin təhlükəsizlik güclərinə xəbərdarlıq edib.
Məlumata görə, terror aktları PKK terror təşkilatının 1984-cü il avqustun 15-də ilk qanlı hücumunun 33-ci ildönümünə uyğunlaşdırılmışdı. Həmin il avqustun 15-də PKK-çılar Türkiyənin Eruh və Şəmdinli rayonlarında ilk silahlı terror hücumlarını həyata keçiriblər.