12 ölkə Şimali Koreyada səfirliyini bağlayıb - Total məhdudiyyətt və defisit üzündən

Baxış sayı:
1151

Koreya Xalq-Demokratik Respublikasında 12 ölkə və beynəlxalq humanitar təşkilat total məhdudiyyətlər, dərmanlar da daxil, vacib məhsulların kəskin defisiti səbəbilə, öz diplomatik nümayəndəliyini bağlayıb.

Bu barədə aprelin 1-də Rusiya Federasiyasının Pxenyandakı səfirliyi xəbər verib.

«Artıq Böyük Britaniyanın, Venesuelanın, Braziliyanın, Almaniyanın, İtaliyanın, Nigeriyanın, Pakistanın, Polşanın, Çexiyanın, İsveçin, İsveçrənin, Fransanın nümayəndəliklərinin darvazasından qıfıllar asılıb, beynəlxalq humanitar təşkilatların bütün xarici personalı gedib. Öz dövlətlərini indi burada yalnız səfirlər və 4 müvəqqəti işlər vəkili təmsil edir…» - Rusiya səfirliyi özünün «Feysbuk» səhifəsində yazıb.

Qeyd olunur ki, aprelin 1-də iki həftəlik karantin başa çatıb və 38 xarici vətəndaş martın 18-də Pxenyandan çıxaraq, Çin sərhədindəki Danduna şəhərində bir mehmanxanaya gəlib. İndi onların yolu Pekinə və ya Şanxayadır, sonra isə təyyarə ilə öz ölkələrinə.

«Biz, Pxenyan diplomatik korpusundan olan həmkarlarımıza uğurla öz vətənlərinə qayıtmağı arzu edirik. Biz, onlarla sərt çoxaylıq koronavirus məhdudyyəti müddətində xüsusilə yaxınlaşıb, dostlaşmışıq» - xəbərdə deyilir.