12 kəndin qaz təchizatı dayandırıldı - Qəza səbəbindən - FOTO

Baxış sayı:
11665

Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib.
"Azəriqaz"dan Muxalifet.az-a verilən məlumata görə, yaranmış vəziyyətə görə saat 15.30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb.