11 yaşlı uşaq çayda boğulub

Hazırda onun meytinin tapılması üçün axtarış aparılır
 
Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub.
Hadisə rayonun Yenicə kəndində baş verib.
Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub. 
Hazırda onun meytinin tapılması üçün axtarış aparılır.