​11 il edamını gözlədi, axırda özünü öldürdü

Baxış sayı:
12547

Nevada ştatında təəccüblü hadisə baş verib.
48 yaşlı Skott Dozyer 2002-ci ildə adam öldürüb, istintaq zamanı məlum olub ki, o əvvəllər daha bir adamı da qətlə yetirib. Buna görə, 2007-ci ildə onu ölüm cəzasına məhkum ediblər.
Nevada qanunlarına görə edam iynə vurmaqla həyata keçirilir. Dozyer bütün apellyasiyalardan imtina edib və vəkilləri vasitəsilə çatdırıb ki, hökm icra olunsun.
2017-ci ilin noyabrınadək məhkəmə ölüm hökmünü qeyri-müəyyən müddətə təxirə salıb. 2018-ci ilin mayında qərara alıb ki, hökm icra olunsun, amma məlum olub ki, iynə üçün lazım olan komponentlərdən birini ştat qeyri-qanunu yolla əldə edib. Ona görə məhkəmə ölüm hökmünün icrasını yenə təxirə salıb.
İki gün əvvəl-yanvarın 5-də Dozyer kamerada ölü tapılıb. Həbsxana administrasiyası bildirib ki, o özünə qəsd edib. Dozyer ölümü gözləməkdən bezdiyini həbsxana işçilərinə söyləyirmiş.