100 MİNLİK İDDİA: Qadının evini ələ keçirən polis haqqında həbs tələbi

Baxış sayı:
3859

Dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Vasif Orucovun cinayət işi üzrə məhkəmə davam edib.

Muxalifet.az open.az-a istiandən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlər qaldırıb. O, cinayət işinin icraatına xitam verilməsini, müvəkkilinin barəsində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirinin ləğv edilməsini tələb edib. Zərərçəkmiş şəxsin vəkili Zaur İbadov 102 min manatlıq mülki iddia qaldırıb. O, həmçinim təqsirləndirilən V.Orucovun barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin ləğv edilib, həbs qətimkan tədbiri ilə əvəzlənməsini tələb edib.

Məhkəmə hər iki vəkilin vəsatətini təmin etməyib, zərərçəkmişin nümayəndəsinin isə mülki iddiasını icraata götürüb.

Məhkəmənin baxışı yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, V.Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib. Daha sonra N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.