“100 min erməni ölkədən çıxarılmalıdır...” – Türkiyədən SƏRT AÇIQLAMA

Baxış sayı:
23524

“Erməistandan gəlmiş 100 min erməni qeyri-qanuni olaraq Türkiyədə yaşayır. Mən deyirəm ki, “erməni soyqırımı” yalanını gündəmə gətirənlərə etiraz olaraq bu erməniləri ölkədən çıxarmaq lazımdır”.
Bunu Böyük Birlik Partiyasının lideri Mustafa Destici Fransa prezidenti Emanuel Makronun 24 aprel “erməni soyqırımı anma günü” ilə bağlı verdiyi qərara münasibət bildirərkən deyib.
Muxalifet.az xəbər verir ki, M.Destici “bütün dünya yığışsa da bu yalanı bizə qəbi etdirə biməz”, – deyə sözünə davam edib.
“Fransa əvvəlcə etdiyi soyqırımlarının hesabını versin. Əlcəzairdə 2 milyon, Ruandada 800 mi insanı qətlə yetirənlərin bizi soyqırımı etməkdə günahlandımaq haqqı yoxdur. Dünən Qanuninin ətəyini öpüb yardım diləyənlər bizə göstəriş verə bilməz.
Erməistandan qaçaq olaraq gəlmiş 100 min erməni qeyri-qanuni olaraq Türkiyədə yaşayır. Mən deyirəm ki, “erməni soyqırımı” yalanını gündəmə gətirənlərə etiraz olaraq bunları ölkədən çıxarmaq lazımdır. Bunlar türkiyə əleyhinə lobbiçilik edirlər, biz də bunları yedizdirib bəsləyək. Mümkün deyil. Bu gün bu məsələnin gündəmə gətirilməsində maraqlı olmayanlar da, o, ermənilərin qohumlarıdırlar”.