100 kiloluq bomba ilə yaxalandı: HƏR YERİ QANA BULAYACAQDI

Baxış sayı:
1849

ABŞ-da 6 noyabrda Konqresə keçiriləcək ara seçkilərində 100 kq-lıq bombayla qətliam həyata keçirmək hazırlığında olduğu irəli sürülən bir adam, Nyu-Yorkda yaxalanıb.
 
Nyu-York Cənub Bölgəsi Prokurorluğunun hazırladığı dosye ilə çərşənbə günü keçirilən əməliyyatla yaxalanan 56 yaşlı Pol Rosenfeldin, seçki günü, paytaxt Vaşinqtonda Konqres binası ilə Vaşinqton abidəsi arasında yer alan ərazidə hazırladığı 100 kq-lıq bombayla intihar aksiyası keçirmək hazırlığında olduğu irəli sürülüb.
 Rosenfeldin evinə basqın təşkil edən FTB əməkdaşları, evin zirzəmisində bomba istehsalında istifadə etdiyi maddələr ələ keçirilib. Bundan başqa, partlamağa hazır 100 kq-lıq bombanın da evinin zirzəmi qatında yerləşdirdiyi və FTB bomba mütəxəssisləri tərəfindən partlayıcının zərərsizləşdirildiyi qeyd olunub.
Hadisə ilə bağlı istintaq aparan Nyu-York Cənub Bölgəsi Prokurorluğu, Rosenfeldin dövlət rəsmlərinintəyin etmə ya da seçki ilə deyil, təsadüfən müəyyən olunmasını müdafiə edən siyasi ideallarına diqqət çəkmək üçün bu bombalı aktı həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
Baş prokurorluğun, Rosenfeld haqqında hazırladığı ittihamnaməyə görə, ötən avqust və sentyabr aylarında Pensilvaniyalı bir adama yazdığı mesajlarda, Vaşinqtondakı National Mall-da 6 noyabr 2018-də partlatmaq üçün bir bomba mexanizmi hazırladığı məlumatını bölüşüb.
Müxalifət.az