100 adamı öldürən erməninin atası da qatil çıxdı – HƏBS

Moskvada sərnişinlərə zəhərli maye təklif edərək onları soyan daha bir taksi sürücüsü həbs edilib.
Bu barədə RİA informasiya yayıb.
Məlumata görə, həbs olunan sürücü dünən Moskva polisi tərəfindən yaxalanan və 100-dən çox insanın qatili olduğu iddia edilən erməni Vaaqn Karapetyanın atasıdır.
Qeyd edək ki, Karapetyan barəsində “Sağlamlığa ciddi ziyan vurma, qurbanın ölümü ilə nəticələnən soyğun” maddəsi ilə cinayət işi açılıb.