10 yaşlı uşaq boğularaq öldü - BOĞAZINA İP DOLANDI...

Hadisə o ağacdan ip asarkən baş verib
 
Ucar rayonunun Alpı kəndində bədbəxt hadisə baş verib.
Hadisə 2007-ci il təvəllüdlü kənd sakini Vaqif Akşin oğlu Quliyev yaşadığı evin həyətində oynamaq üçün ağacdan ip asarkən qeydə alınıb.
Bu zaman ip ehtiyatsızlıqdan onun boğazına dolanıb. Nəticədə V.Quliyev boğularaq dünyasını dəyişib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.