10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO

Baxış sayı:
6658

Filippində dəhşətli hadisə baş verib. 
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir timsah qayıqla gəzintiyə çıxan ailəyə dəhşət yaşadıb.
Belə ki, timsah qayıqdakı 10 yaşlı uşağı sürüyərək suya yıxdıqdan sonra yeyib. 
Övladını xilas etmək istəyən ata uşağın təkcə başı və ayaqlarını timsahın ağzından çıxara bilib. 
Polisin bildirdiyinə görə, uşağın parçalanmış bədəninin digər qalıqları çayın digər tərəfinə axıb. 
Deyilənə görə, Flippin əhalisinin artması timsahların bu ərazilərdə yaxın yaşamasına səbəb olub.