​10 milyonuncu sakinin nənəsi: "Kreditə görə..."

Baxış sayı:
12460

Prezident İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq vətəndaşlara kompensasiyaların ödənilməsi çox gözəl təşəbbüsdür.
Bunu Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın nənəsi Əsmər Mustafayeva Trend-ə açıqlamasında bildirib.
M.Həsənova bildirib: “Bu gün telefonuma mesaj gəldi, baxdım ki, “Bank of Baku”dan kompensasiya ödənişi ilə bağlı mesaj gəlib. Banka yaxınlaşdım. Çox sağ olsunlar, heç 10-15 dəqiqə çəkmədi ki, ödədiyimiz artıq məbləği geri aldıq. Buna görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, çox gözəl bir təşəbbüsdür. Artıq ödənilən vəsaitin geri qaytarılmasına çoxunun ehtiyacı var idi, bu gün də o ehtiyac qarşılanır”.